Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiq edilib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 17 iyul 2021 17:01 (UTC +04:00)

Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında pilotaj təlimi Sazişi təsdiq edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiqlənib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR