Bakıda Azərbaycan-Türkiyə birgə təlimlərində döyüş tapşırıqları icra olunur - VİDEO

“Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri

© APA | “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri

# 30 iyun 2021 11:21 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR