Bakıda Azərbaycan-Türkiyə “Mustafa Kamal Atatürk-2021” birgə təlimi başlayıb - VİDEO - YENİLƏNİB

Bakıda Azərbaycan-Türkiyə “Mustafa Kamal Atatürk-2021” birgə təlimi başlayıb - VİDEO  - YENİLƏNİB
# 28 iyun 2021 12:09 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk-2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR