Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək
# 31 may 2021 12:46 (UTC +04:00)

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.

Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR