Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü

© APA | Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü

# 18 sentyabr 2021 18:50 (UTC +04:00)

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR