Bakıda Polad Həşimov parkının açılışı olub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda Polad Həşimov parkının açılışı

© APA | Bakıda Polad Həşimov parkının açılışı

# 22 iyul 2021 10:42 (UTC +04:00)

Bu gün Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov adına parkın açılışı olub.

APA-nın xəbərinə görə, açılış mərasimində Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edib.

Parkda Polad Həşimov və daha 8 şəhidin xatirəsini əks etdirən lövhə quraşdırılıb.

Qeyd edək ki, bir müddət öncə rayon icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb. Həmin küçədə yerləşən parka Polad Həşimovun adı verilib və əsaslı təmir edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR