Beyləqanda “Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib - FOTO

Beyləqanda “Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib - FOTO
# 11 iyun 2021 11:11 (UTC +04:00)

Beyləqan rayonu Milabad qəsəbəsində “Tarix Yazan Şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş abidənin açılışında şəhidlərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıblar.
Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.
Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR