Bir qrup Vətən müharibəsi iştirakçısı ilə jurnalistlərin görüşü keçirilib

Bir qrup Vətən müharibəsi iştirakçısı ilə jurnalistlərin görüşü keçirilib
# 05 noyabr 2021 12:39 (UTC +04:00)

Zəfər günü münasibətilə bir qrup Vətən müharibəsi iştirakçısı ilə jurnalistlərin görüşü keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Hərb Tarixi Muzeyində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Ordusunda müxtəlif qoşunlarda xidmət edən hərbi qulluqçular keçdikləri şərəfli döyüş yolu barədə təəssüratlarını bölüşüblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Taleh Həşimov bildirib ki, müharibə zamanı o, Cəbrayıl, Suqovuşan və Kəlbəcər uğrunda gedən döyüşlərdə torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün qürur hissi ilə mübarizə aparıb. Müharibən sonra Cəbrayıl, Suqovuşan və Kəlbəcərin azad olunmasına görə medallarla, həmçinin "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycan Sülhməramlı Qüvvələrinin baş leytenantı Əmirbəy Ramaldanov da Vətən Müharibəsi zamanı keçdiyi şərəfli yol barədə danışarkən bildirib ki, Ermənistan kapitulyasiya aktına imza atmasaydı, daha böyük itkilər verəcəkdi: "44 günlük müharibədə Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə bölük komandiri kimi iştirakçı oldum. Müharibə zamanı mən əsgərlərin necə həvəslə, böyük şücaətlə döyüşə atıldıqlarını gördüm. Əsgərlərin gözündə düşmənə qarşı nifrət var idi. Yeganə amalımız torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması idi".

Baş Leytenant müharibədən sonra üç rayonun azad edilməsinə görə medal və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin giziri Rəcəb Nəcəfov isə Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edən hərbçimiz qalib ölkənin hərbçisi olduğu üçün böyük qürur hissi keçirdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR