"Dəniz kuboku" müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO

"Dəniz kuboku" müsabiqəsi

© APA | "Dəniz kuboku" müsabiqəsi

# 26 avqust 2021 11:10 (UTC +04:00)

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilər “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” mərhələsinin "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetirib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə epizodun yerinə yetirilmə ardıcıllığı müəyyən edilib. Heyətlər bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdirib.
Müsabiqənin ilk epizodunun yerinə yetirilməsi üzrə beynəlxalq hakimlər kollegiyasının qərarı ilə İran və Qazaxıstan komandaları 38 balla birinci, Azərbaycan komandası 32 balla ikinci, Rusiya komandası isə 28 balla üçüncü yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR