"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib - FOTO

"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib  - FOTO
# 22 avqust 2021 13:14 (UTC +04:00)

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, püşkatmann nəticəsinə əsasən yarışacaq komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.
Avqustun 25-dən başlayacaq müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR