Deputat: “Qanunsuz erməni birləşmələrinə anında cavab verilməlidir”

Fazil Mustafa, Milli Məclisin deputatı

© APA | Fazil Mustafa, Milli Məclisin deputatı

# 15 oktyabr 2021 11:30 (UTC +04:00)

“Azərbaycanın bu gün Qarabağda problemlərlə qarşılaşması gözlənilən proses idi. Xüsusilə Azərbaycanı, bütövlükdə suverenliyimizi təhdid edən qanunsuz erməni birləşmələrinə anında cavab verilməlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bir əsgərimizə qarşı 15-20 erməni əsgəriylə cavab verməliyik: “Çünki bu prosesi biz elə formada güzəştli saxlasaq, gələcəkdə bizim üçün daha böyük problemlərə səbəb ola bilər. Ona görə də dövlət başçısının da bu yöndə qətiyyətli iradəsi cəmiyyət tərəfindən də dəstəklənir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR