Dövlət komissiyası iki mülki erməninin geri qaytarılması ilə bağlı məlumat yayıb

Dövlət komissiyası iki mülki erməninin geri qaytarılması ilə bağlı məlumat yayıb
# 20 sentyabr 2021 17:01 (UTC +04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilib ki, 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçmiş Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR