DSX tərəfindən 312 hektar ərazi  minalardan təmizlənib

DSX tərəfindən 312 hektar ərazi  minalardan təmizlənib
# 30 oktyabr 2021 12:29 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarının nəticələri açıqlanıb.
APA-nın məlumatına görə, Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında bildirilib ki, DSX tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, oktyabr ayı ərzində 25 ha ərazi təmizlənib, 40 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Ümumilikdə 2020-ci il noyabr ayından bu il 28 oktyabr tarixinədək 312 ha ərazi təmizlənib, 3058 ədəd mina və PHS zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR