DYP Bakı Beynəlxalq Avtovağzalında tədbir keçirib - VİDEO

DYP sərnişindaşımanın bərpası ilə bağlı Bakı Beynəlxalq Avtovağzalında tədbir keçirib

© APA | DYP sərnişindaşımanın bərpası ilə bağlı Bakı Beynəlxalq Avtovağzalında tədbir keçirib

# 31 may 2021 18:45 (UTC +04:00)

Sərnişindaşıma faəliyyəti ilə bağlı məhdudiyyətin aradan qaldırılmaı ilə bağlı bu gün Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ərazisində avtovağzal rəhbərliyi ilə birlikdə sürücülərlə görüş keçirb.
APA-nın xəbərinə görə, görüşdə Avtovağzalın direktoru Camal Sadıqov, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qərargah rəisi, polis kapitanı Rüfət Quliyev və İdarəsinin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd sərnişin daşımalarını həyata keçirən sürücülərin məsuliyyətini xatırlatmaq olub. Tədbirdə yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunması istiqamətində profilaktiki söhbətlər aparılıb, sürücüləri maraqlandıran suallar da cavablandırılıb.
Daha sonra marşrut xətlərinə yaxınlaşan DYP əməkdaşları sərnişinlərlə söhbət edib. Açıq havada tibbi maskanın zəruriliyi aradan götürülsə də bağlı məkanlar, həmçinin nəqliyyat vasitələrində onun vacibliyi sərnişinlərin nəzərinə çatdırılıb.
Sərnişinlərdən avtobusda gedərkən qoruyucu vasitələrdən istifadə və sanitar-gigiyena qaydalarına riayət etmələri, səyahət zamanı narahatlıq hiss etdikləri halda sürücüyə xəbərdarlıq etmələri bildirilib.
Sonda Avtovağzal direktoru Camal Sadıqov pandemiya ilə əlaqədar nəzarətin gücləndirildiyini diqqətə çatdıraraq yol polisi ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR