Ermənistanla sərhəddə şəhid olan hərbçi Gəncədə dəfn olunub - FOTO - YENİLƏNİB

Şəhid hərbçi Natiq Əliyevin dəfn mərasimi

© APA | Şəhid hərbçi Natiq Əliyevin dəfn mərasimi

# 17 noyabr 2021 16:15 (UTC +04:00)

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyev Gəncədə dəfn olunub.

APA-nın qərb bürosunun xəbərinə görə, şəhid Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, hərbçilər iştirak edib.

***

14.39

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyevlə Gəncədə vida mərasimi keçirilir.

APA-nın qərb bürosunun xəbərinə görə, şəhidin cənazəsi Gəncə şəhərinə, yaşadığı evə gətirilib. Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu 1990-cı ildə anadan olub. Natiq Əliyev ailəli olub, 1 övladı var.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbi qulluqçumuz yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR