Əsir və girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə pul və təminatların ödənilməsi qaydası müəyyənləşir

Əsir və girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə pul və təminatların ödənilməsi qaydası müəyyənləşir
# 13 noyabr 2021 21:15 (UTC +04:00)

Əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə və ya himayəsində olan digər şəxslərə pul və ya digər təminatların ödənilməsi qaydası müəyyənləşir.
APA-nın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihəyə əsasən, əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə və ya himayəsində olan digər şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş pul və ya digər təminatlar onlar azad (aşkar) edilənədək və ya onların hərbi andı pozaraq Azərbaycan qanunvericiliyində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilənədək ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR