Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb

Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb
# 08 sentyabr 2021 19:41 (UTC +04:00)

Gələn il dövlət büdcəsinin xərclərinin 15,5 faizi müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılacaq.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Azərbaycan Respublikasının 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR