Gürcü nazir regionun bir çox çətinliklə qarşı-qarşıya olduğunu bildirib

Zakir Həsənov, Cuanşer Burçuladze, Hulusi Akar

© APA | Zakir Həsənov, Cuanşer Burçuladze, Hulusi Akar

# 05 oktyabr 2021 14:38 (UTC +04:00)

“Geostrateji önəmi böyük olan bölgəmiz bir çox çətinliklə qarşı-qarşıyadır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərin üçtərəfli görüşündən sonra mətbuata birgə açıqlamasında deyib.

O qeyd edib ki, Gürcüstan mövcud münaqişələrin sülh yolu ilə həllinin alternativi olmadığına inanır.

C. Burçuladze vurğulayıb ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyasının 76-cı sessiyasında səsləndirdiyi təşəbbüs də qonşu ölkələr arasında etimadın, regionda sülh və sabitliyin gücləndirilməsi məqsədi daşıyır: “Ortaq təşəbbüslər qonşular arasında, eləcə də bölgəmizdə sülhün təmin edilməsi təşəbbüsünün əsasını təşkil edir. Eyni zamanda, bildirmək istəyirəm ki, təhdidlərin qarşısının alınması üçün ortaq fəaliyyət, bizim dostlarımızın iştirakı çox önəmlidir”.

C. Burçuladze onu da qeyd edib ki, hazırda Gürcüstanda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “ETERNITY 2021” təlimləri bu baxımdan həm də simvolikdir.

Nazir Azərbaycan və Türkiyə hərbçilərini yaxın vaxtlarda Gürcüstanda keçirilməsi planlaşdırılan daha bir çoxmillətli hərbi təlimdə iştirak etməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR