Gürcüstan və Türkiyənin müdafiə nazirləri arasında görüş olub - FOTO

Cuanşer Burçuladze, Hulusi Akar

© APA | Cuanşer Burçuladze, Hulusi Akar

# 05 oktyabr 2021 10:47 (UTC +04:00)

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və onun türkiyəli həmkarı Hulusi Akar arasında görüş olub.

APA-nın yerli bürosunun xəbərinə görə, görüş Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüş zamanı tərəflər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Cuanşer Burçuladze iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin hər iki ölkənin xalqlarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın da iştirak etdiyi görüş daha sonra mətbuata qapalı davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR