Gürcüstanın Baş naziri Zakir Həsənovu qəbul edib - YENİLƏNİB

Zakir Həsənov, İrakli Qaribaşvili

© APA | Zakir Həsənov, İrakli Qaribaşvili

# 04 oktyabr 2021 14:55 (UTC +04:00)

Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

***

14.03

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığa fokuslanıb, regionda təhlükəsizliyin vacibliyi və birgə layihələrin uğurla həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə danışılıb.

İrakli Qaribaşvili Azərbaycan müdafiə nazirinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi sarsılmaz dəstəyinə görə təşəkkürünü bildirib və Gürcüstanın da qarşılıqlı şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb.

Görüş zamanı qeyd olunub ki, Gürcüstan tərəfi münaqişələrin sülh yolu ilə həllini alqışlayır.

Tərəflər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Gürcüstanın birgə enerji layihələrinə, həmçinin nəqliyyat və digər layihələrdəki uğurlu əməkdaşlıq əlaqələrinə nəzər yetirib. Görüş zamanı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq əlaqələrinin unikal regional mexanizm olduğu və ölkələrin ali səviyyəli rəsmiləri, xarici işlər və müdafiə nazirləri, həmçinin digər qurumları arasında vacib məsələlərin müzakirəsinə imkan verdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR