Gürcüstanın müdafiə naziri: “Bölgənin təhlükəsizliyi xalqların rifahı üçün son dərəcə önəmlidir”

Cuanşer Burçuladze

© APA | Cuanşer Burçuladze

# 05 oktyabr 2021 14:28 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı strateji tərəfdaşlıq etimada və qarşılıqlı hörmətə əsaslanır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərin üçtərəfli görüşündən sonra mətbuata birgə açıqlamasında bildirib.

O qeyd edib ki, bölgənin təhlükəsizliyi xalqların rifahı üçün son dərəcə önəmlidir.

“Bu baxımdan xalqların təhlükəsizliyi üçün Silahlı Qüvvələrin inkişafı istiqamətində məhsuldar əməkdaşlıq vacibdir”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR