Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib - VİDEO

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib

© APA | Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib

# 30 noyabr 2021 11:36 (UTC +04:00)

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR