Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 10 oktyabr 2021 10:34 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR