Azərbaycan Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri davam etdirilir.
APA-nın məlumatına görə, döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərin növbəti mərhələsində sualtı diversiya əleyhinə mübarizə tədbirləri üçün profilaktik qumbaraatma çalışmasının yerinə yetirilməsi nümayiş olunub.
Atışların tətbiqi zamanı gəminin lövbərdə dayanaraq düşmənin sualtı qumbaraları ilə mübarizə aparması üçün müəyyən olunmuş hədəflər məhv edilib.