Hərbi prokuror: “Vətən müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işi başlanılıb”

Xanlar Vəliyev

© APA | Xanlar Vəliyev

# 01 noyabr 2021 12:16 (UTC +04:00)

“İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi əməllərlə əlaqəli olaraq müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Bu cinayət işlərinin bəzilərinin istintaqı Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır”.

APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

X. Vəliyev deyib ki, Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı səriştəsizliyinə görə də cinayət işləri başlanılıb: “Ancaq onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində, millətin ruhundan xəbər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR