Hərbi qulluqçularımız “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak edəcək

Hərbi qulluqçularımız beynəlxalq təlimində iştirak edəcək

© APA | Hərbi qulluqçularımız beynəlxalq təlimində iştirak edəcək

# 21 may 2021 12:28 (UTC +04:00)

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR