Hərbi qulluqçuların mənzillə təmin edilməsinə dair yeni tələblər müəyyənləşib

Hərbi qulluqçuların mənzillə təmin edilməsinə dair yeni tələblər müəyyənləşib
# 15 noyabr 2021 18:22 (UTC +04:00)

Hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməyən müddətlər müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməyəcək:
- hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti;
- hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti;
- məhkumluğun olduğu müddət.
Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu qeyd olunan müddətlərdə dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
Qeyd edək ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR