Hikmət Hacıyev: “NATO birbaşa müdaxilə etməsə də, regional sabitliyi və təhlükəsizliyi yaxından izləyir”

“Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfrans

© APA | “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfrans

# 16 iyun 2021 14:42 (UTC +04:00)

“Enerji təhlükəsizliyi, informasiya mübadiləsi, kibertəhlükəsizlik sahələrində Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə ehtiyac var”.

APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa videoformatda qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, tək müdafiə, terrorizm deyil, ümumiyyətlə, təhlükəsizliyin müxtəlif aspektlərinə geniş yanaşmaq lazımdır: “İctimai diplomatiya, saxta xəbərlərə qarşı mübarizə sahəsində NATO ilə əməkdaşlıq Azərbaycan üçün maraqlıdır. NATO birbaşa müdaxilə etməsə də, regional sabitliyi, təhlükəsizliyi yaxından izləyir və Azərbaycan bunu yüksək qiymətləndirir. Azərbaycan münaqişədən sonra regional təhlükəsizlik və əməkdaşlıqda maraqlıdır. Bu baxımdan Balkanlardakı nümunə bizim üçün maraqlı ola bilər. Azərbaycan müharibə dövründə mülki obyektlərin vurulmamasına xüsusi diqqət yetirib və bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır. Azərbaycan hərbi qüvvələri fəaliyyətində beynəlxalq humanitar hüququn müddəalına əsaslanıb. Azərbaycan bu münaqişədə hədəflərin seçilməsi və onların vurulmasında dəqiq silahlardan istifadə edib”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan münaqişədən sonra regional əməkdaşlıqda maraqlıdır və ATƏT də bu prosesdə öz təcrübəsi ilə iştirak edə bilər: “Müdafiə sahəsində islahatlarda NATO-nun Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. NATO sülh mexanizmi ilə regionda sülh və təhlükəsizliyə töhfə verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR