Hulusi Akar: “Türkiyə və Rusiya hərbçiləri Qarabağda atəşkəsin davamlı olması üçün birgə səy göstərir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 15 sentyabr 2021 13:43 (UTC +04:00)

“Azərbaycanın uğurlu “Tək Vətən Hərəkatı”ndan sonra yaradılan Birgə Mərkəzdə Türkiyə və Rusiyanın hərbçiləri birlikdə xidmət aparır, atəşkəsə nəzarət edir və atəşkəsin davamlı olması üçün birgə səy göstərir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə də köməklik göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR