İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə ilə tanışlıq məqsədilə media-tur təşkil olunub - FOTO - YENİLƏNİB - VİDEO

İşğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi ilə tanışlıq məqsədilə media-tur

© APA | İşğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi ilə tanışlıq məqsədilə media-tur

# 17 iyun 2021 11:49 (UTC +04:00)

“Media-tur çərçivəsində Türkiyədən gəlmiş mühəndis-istehkamçıların fəaliyyətini, eyni zamanda Azərbaycan Ordusunun mühəndislərinin işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizləməsi prosesini izləyəcəyik”.

APA-nın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə təşkil olunmuş media-turda iştirak edən əməkdaşı xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov deyib.

A. Eyvazov bildirib ki, jurnalistlər əl ilə və təlim itləri ilə, eyni zamanda Azərbaycan Ordusuna yeni daxil olmuş texniki avadanlıqlar vasitəsilə minatəmizləmə prosesini izləyəcəklər.

***

11.24

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə media-tur təşkil olunub.

APA-nın media-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə, jurnalistlər azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və qardaş Türkiyə Respublikasından gələn mühəndis-istehkamçılar tərəfindən birgə aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR