İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 113 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 113 mina aşkarlanıb
# 15 noyabr 2021 13:45 (UTC +04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Agentlikdən APA-ya bildirilib ki, noyabrın 8-dən 13-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 57 piyada əleyhinə mina, 56 tank əleyhinə mina və 20 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 63.6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR