İşğaldan azad edilmiş ərazilərdə yaradılan modul tipli hərbi hissələrə media-tur təşkil olunub - FOTO - YENİLƏNİB - VİDEO

Yeni modul tipli hərbi hissələrə media-tur

© APA | Yeni modul tipli hərbi hissələrə media-tur

# 11 iyun 2021 14:08 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə yaradılan modul tipli hərbi hissələrə media-tur təşkil olunub.

APA-nın media-turda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Media-turda bildirilib ki, burada məqsəd işğaldan azad olan ərazilərdə Müdafiə Nazirliyinin tabeliyində olan şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət müasir tipli hərbi hissə yaratmaqdır.

Yeni yaradılan döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün ən qısa vaxtda modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək müasir avadanlıqlarla təchiz olunmuş, müxtəlif təyinatlı qurğulardan ibarət 60-dək modul tipli yaşayış, yerləşmə məntəqələri hərbi qulluqçuların ixtiyarına verilib: “Bununla da, bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların məişət şəraiti daha da yaxşılaşdırılıb, onların gündəlik döyüş və xidməti fəaliyyətinin aparılması üçün daha da yaxşı şərait yaradılıb”.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam etdirilir.

***

13.21

Yeni modul tipli hərbi hissələrə media-tur təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, media nümayəndələri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə ən qısa vaxtda inşa edilən, müasir avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrdə olacaqlar. Media-tur həmin hərbi hissələrdə yaradılan şəraitlə tanışlıq məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR