Jurnalistlər Cəbrayılda aparılan minatəmizləmə prosesini izləyiblər - FOTO

Cəbrayılda aparılan minatəmizləmə prosesi

© APA | Cəbrayılda aparılan minatəmizləmə prosesi

# 17 iyun 2021 12:45 (UTC +04:00)

Media nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Quycaq və Şəybəy kəndlərində aparılan minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə prosesini izləyiblər.

APA-nın media-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə, jurnalistlərə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və Türkiyədən gələn mühəndis-istehkamçılar tərəfindən birgə aparılan təmizlənmə işləri haqda məlumat verilib.

Media nümayəndələri əl ilə, təlim itləri ilə, eyni zamanda Azərbaycan Ordusuna yeni daxil olmuş texniki avadanlıqlar vasitəsilə minatəmizləmə prosesini izləyiblər.

Media nümayəndələri bu gün, həmçinin Füzuli rayonunun işğaldan azad olunan ərazilərində aparılan minatəmizlənmə prosesi ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR