Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib - VİDEO - YENİLƏNİB

Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib - VİDEO  - YENİLƏNİB

© APA | Şəhid Fərman Yaqublu ilə vida mərasimi keçirilir

# 24 iyul 2021 16:30 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

13:19

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, F. Yaqublunun dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid Beyləqanın Qəhrəmanlı qəsəbə məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Fərman Yaqublunun atası Yaqubov Telman Fərman oğlu 1994-cü il yanvarın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

***

11:59

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlunun nəşi Beyləqan rayon Qəhrəmanlı qəsəbəsinə gətirilərək ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun məlumatına görə, F. Yaqublunun vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR