Laçında hərbi yük avtomobili qəzaya uğrayıb, iki hərbçi həlak olub - VİDEO - YENİLƏNİB

Laçında hərbi yük avtomobili qəzaya uğrayıb, iki hərbçi həlak olub - VİDEO  - YENİLƏNİB
# 28 iyun 2021 20:50 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 19:32

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR