Laçında yol qəzasında həlak olan hərbçilər Sumqayıtda dəfn olunub - VİDEO -FOTO

Laçında yol qəzası nəticəsində həlak olan hərbçilərin dəfni

© APA | Laçında yol qəzası nəticəsində həlak olan hərbçilərin dəfni

# 29 iyun 2021 20:38 (UTC +04:00)

Mətnə video əlavə olunub.
***
17:13

İyunun 28-də Laçın rayonu ərazisində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilər Sumqayıtda dəfn olunub.

APA-nın xəbərinə görə, kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyinin məlumatına görə, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR