Laçında yol qəzasında ölən hərbçi Tovuzda dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB

Laçında yol qəzasında ölən hərbçi Tovuzda dəfn edilib - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO -  <span class="red_color">YENİLƏNİB
# 17 iyun 2021 23:24 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


19:51
 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) dünən Laçın rayonunda baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu, baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hərbçi bu gün Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, DSX-nin yol qəzasında ölən digər hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu bu gün Şəki rayonunun Şəki kəndində dəfn olunub.

DSX-dan APA-ya verilən məlumatda Laçında baş verən yol qəzasında ölən hərbi qulluqçulara şəhid statusu veriləcəyi açıqlanıb.

Xatırladaq ki, iyunun 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR