MM Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair anlaşma memorandumunu təsdiq edəcək

MM Azərbaycan  və Türkiyə xüsusi təyinatlılarının təliminə dair anlaşma memorandumunu təsdiq edəcək
# 13 sentyabr 2021 15:25 (UTC +04:00)

Milli Məclis Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair anlaşma memorandumunu təsdiq edəcək.

APA-nın məlumatına görə, bu, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin 16 sentyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı.

2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı.

3. “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR