MN: Azərbaycan hərbi pilotları “Anadolu Qartalı-2021” təlimində tapşırıqları uğurla yerinə yetiriblər - VİDEO

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi

© APA | “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi

# 01 iyul 2021 17:18 (UTC +04:00)

Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Azərbaycan Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, Azərbaycanın hərbi pilotları peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR