MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb - VİDEO - YENİLƏNİB

MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb - VİDEO  - YENİLƏNİB
# 06 iyul 2021 20:30 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 19:50

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.
Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR