MN: Azərbaycana məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır - VİDEO - YENİLƏNİB

MN: Azərbaycana məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır - VİDEO  - YENİLƏNİB

© APA | Müdafiə Nazirliyi

# 04 avqust 2021 14:50 (UTC +04:00)

Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

MN-in məlumatında qeyd olunub ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb: "Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR