MN: Ermənistan ordusu Tovuz istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 18 noyabr 2021 15:34 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

APA-nın Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə qarşı tərəf susdurulub.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR