MN: “Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasında maraqlı deyil, qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək”

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 14 noyabr 2021 17:47 (UTC +04:00)

“Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.
APA-nın məlumatına görə, bu, Müdafiə Nazirliyinin Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilərin növbəti təxribat cəhdi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır: “Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR