Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
MN: Ermənistan silahlı qüvvələri növbəti təxribat törədib - VİDEO
© APA | Müdafiə Nazirliyi
14 noyabr 2021 15:07 (UTC +04:00)
Hərbi
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
14:17
24 aprel 2024
Xəzərdə HDQ və FHN-in birgə taktiki təlimi keçirilir
13:04
24 aprel 2024
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd olunub - VİDEO
18:56
23 aprel 2024
“Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası istifadəyə verilib - VİDEO
16:06
23 aprel 2024