MN: Hərbi təyyarəçilərimiz “Texnofest-2021”də ilk uçuşlarını icra edib - VİDEO

MN: Hərbi təyyarəçilərimiz “Texnofest-2021”də ilk uçuşlarını icra edib - VİDEO
# 21 sentyabr 2021 19:31 (UTC +04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən xəbərə görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR