MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, bir hərbi qulluqçumuz yaralanıb - VİDEO - YENİLƏNİB

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, bir hərbi qulluqçumuz yaralanıb - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB

© APA | Müdafiə Nazirliyi

# 20 iyul 2021 09:25 (UTC +04:00)

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR