MN: Qanunsuz erməni silahlı dəstələri Xocavənd və Şuşa şəhəri ətrafında bölmələrimizin mövqelərinə atəş açıb

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 21 avqust 2021 11:15 (UTC +04:00)

Avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR