MSN nümayəndə heyəti Minskdə Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində təmsil olunur

Mədət Quliyev Minskdə Beynəlxalq Silah və Hərbi Texnika sərgisində

© APA | Mədət Quliyev Minskdə Beynəlxalq Silah və Hərbi Texnika sərgisində

# 23 iyun 2021 14:54 (UTC +04:00)

İyunun 23-26-da Belarusun paytaxtı Minsk şəhərində “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi keçiriləcək.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) APA-ya verilən məlumata görə, Belarus, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilmiş ən müasir silah və hərbi texnika modellərinin nümayiş etdiriləcəyi sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində, həmçinin, iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Görüşlər zamanı MSN ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR