Müdafiə naziri: “Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir”

Müdafiə naziri: “Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir”
# 16 sentyabr 2021 18:58 (UTC +04:00)

Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Nazirin sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısını alınır.

Z. Həsənov bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyi xüsusi vurğulayıb.

Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR