Zakir Həsənov orduya Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının dərhal alınmasını əmr edib - VİDEO - YENİLƏNİB

Müdafiə naziri Zakir Həsənov

© APA | Müdafiə naziri Zakir Həsənov

# 02 avqust 2021 11:28 (UTC +04:00)

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.

APA-nın məlumatına görə, bu gün Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR